Aşağıdakı cədvəl uşağın nitq inkişafında əsas mərhələləri və onların gözlənilən vaxtını göstərir.
Nitq inkişafı cədvəli
| Nitq bacarığı | Yaş |
|---|---|
| Səs çıxarma, səsli gülmə | 6-cı ay |
| Hecalama | 10-cu ay |
| Nəyisə və ya kimisə göstərmək | 12-ci ay |
| 3 söz işlətmək | 16-cı ay |
| 2 sözlü cümlə qurmaq | 24-cü ay |
| 3 sözlü cümlə qurmaq | 36-cı ay |
| Yad insanların uşağın danışığının yarıdan çoxunu başa düşməsi | 42-ci ay |
| Bildiyi bir hekayəni danışmaq | 54-cü ay |
| Tamamilə anlaşılan şəkildə danışmaq | 60-cı ay |
Uşaq bu mərhələlərə uyğun gəlmirsə, nə etməli?
Uşağınızın nitqi göstərilən inkişaf mərhələsinə uyğun gəlmirsə, mütləq pediatra müraciət edin. Həkim uşağın ümumi inkişafını qiymətləndirəcək və zərurət olduqda Denver II kimi inkişaf testi tövsiyə edəcək.
Uşağınızın sağlamlığı ilə bağlı sualınız var?
Dr. Günay Hacızadə Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov filialında qəbul edir.