Qidalanma

Uşaqlar üçün D vitamini: nələrə diqqət etmək lazımdır?

D vitamini uşağın sağlam böyüməsi üçün vacibdir, lakin onun dozası mütləq həkim tərəfindən, uşağın yaşına uyğun müəyyən olunmalıdır.

D vitamini uşaq üçün nə üçün vacibdir?

D vitamini uşaqlarda sümük və diş sağlamlığı, əzələlərin möhkəmlənməsi, immun sisteminin dəstəklənməsi və ümumi inkişaf üçün vacibdir.

Çatışmazlıq necə özünü göstərə bilər?

Uşaqlarda D vitamini çatışmazlığı tez yorulma, əzələ zəifliyi və böyümədə ləngimə ilə özünü göstərə bilər.

Hansı dozada verilməlidir?

D vitamini mütləq həkim məsləhəti ilə, uşağın yaşına uyğun dozada istifadə olunmalıdır. Unutmayın: onun həm çoxu, həm də azı zərərlidir. Amerika Pediatriya Akademiyası (AAP) ana südü ilə qidalanan körpələrə gündə 400 TV (beynəlxalq vahid) D vitamini verilməsini tövsiyə edir.

Damcıların sayı niyə fərqlidir?

Müxtəlif preparatlarda eyni doza fərqli sayda damcıya uyğun gəlir: bəzilərində 400 TV bir damcıda, bəzilərində 3 damcıda, bəzilərində isə 5–6 damcıda olur. Eyni ümumi doza fərqli həcmli flakonlarda olduqda da bir damcıdakı miqdar dəyişir.

Reseptdə preparatla yanaşı flakonun neçə millilitrlik olduğu mütləq qeyd edilməlidir. Sadəcə “D vitamini alın, 3 damcı verin” göstərişi səhv dozaya səbəb ola bilər.

Aptekdən alarkən nələrə baxmaq lazımdır?

  • Preparatın buraxılış tarixi və saxlanma qaydası;
  • həkimin yazdığı flakonun həcmi (ml);
  • təyin olunmuş doza.

Uşağınızın sağlamlığı ilə bağlı sualınız var?

Dr. Günay Hacızadə Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov filialında qəbul edir.

Qəbula yazılın