Qidalanma

Əlavə qidaya keçid: nə vaxt və necə başlamalı?

İlk 6 ayda körpə üçün ən düzgün qida ana südüdür. Əlavə qidaya keçidin vaxtı və qaydaları körpənin sağlam böyüməsi üçün vacibdir.

Əlavə qidaya nə vaxt başlamaq lazımdır?

Körpə aktiv əmirsə və çəki artırırsa, mütəxəssislər ilk 6 ay yalnız ana südü ilə qidalanmanı tövsiyə edir. Ümumdünya Səhiyyə Təşkilatı əlavə qidaya 6 aylıqdan keçməyi tövsiyə edir. Xüsusi hallarda 4 aylıqdan başlamaq lazım gələrsə, bu, həkim nəzarəti altında olmalıdır.

Körpənin hazır olduğunu necə anlamaq olar?

4 aylıq körpə adətən əlavə qidaya hazır olmur: boynunu tam saxlaya bilmir, çeynəmə bacarığı formalaşmayıb. Əlavə qidaya keçid üçün uyğun vaxt körpənin dəstəksiz oturmağa başladığı dövrdür — bu da təxminən 6 aylığa təsadüf edir.

Əlavə qidaya necə başlamalı?

  • Hər gün yalnız bir növ qida ilə başlayın.
  • Yeni qida növünü 3–4 gündən bir əlavə edin.
  • Qidanı körpə ac olanda təklif edin: yarım saat əvvəl süd içibsə, yeməyəcək.
  • Qidanı körpə yarımoturaq vəziyyətdə olanda verin.
  • Körpə hansısa qidanı sevməyib yemirsə, məcbur etməyin — 10 gün sonra yenidən təklif edin.
  • Qidaya duz, şəkər tozu və un əlavə etməyin.
  • İnək südü verməyin.
  • Başlanğıc üçün əsas miqdar təxminən ¼ stəkan olmalıdır.
  • Körpə əlavə qidaya öyrəşdikdən sonra su verə bilərsiniz.

İnək südünü nə vaxtdan vermək olar?

12 aylıqdan sonra uşağa inək südü vermək olar. Gündə 400–500 ml kifayətdir: çox süd içmək dəmir çatışmazlığına səbəb ola bilər. Bu yaşda əsas qida bərk qidalar olmalıdır.

Uşağınızın sağlamlığı ilə bağlı sualınız var?

Dr. Günay Hacızadə Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov filialında qəbul edir.

Qəbula yazılın